13 iyul 2020 17:03
1115

İsveçrə klubunun prezidenti koronovirusa yoluxdu

İsveçrənin "Sürix" klubunun prezidenti Ançillo Kanepa koronavirusa yoluxub.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, Kanepa "Ksamaks"la 1:1 heç-heçə etdikləri çempionat oyunu üçün komanda ilə birlikdə avtobusla Nevşatelə gedib. Klub rəhbəri bu səbəbdən test verib və onun nəticəsi müsbət olub. 

Qeyd edək ki, daha öncə "Sürix"in futbolçusu Mirlind Krieziuda koronavirus aşkarlanıb.