09 iyul 2020 20:05
1029

İsveçrədə qadağalar bərpa edildi: maskadan istifadə məcburidir

İsveçrənin Federal Şurasının verdiyi qərara əsasən iyul ayının 6-dan etibarən ictimai nəqliyyatın bütün istifadəçilərinin maskadan istifadə etməsi mütləq xarakter alıb. Bu qərar ölkənin bütün kantonlarına aiddir.

Qərara əsasən xarici ölkələrdən İsveçrəyə gəlmiş istənilən şəxs 10 gün karatində qalmalı olacaq. Hətta, bununla əlaqədar ötən gün vətəndaşlarının gəlişi qadağan olunmuş ölkələrin siyahısı da dərc olunub. Siyahıya ABŞ, Braziliya, İsrail, Rusiya, Belarus, hətta Şengen zonasının dövlətləri də daxildir.

Bu qadağalar iyul ayının 20-dək qüvvədə olacaq.

Qeyd edək ki, İsveçrənin Federal Şurası ölkənin 2021-ci il üçün dövlət büdcəsini də təsdiq edib. Gələn ilin büdcəsi 1 milyard frank defisitlə icra olunacaq.