24 may 2019 20:45
1447

İsveçrədə vergi sistemi

İsveçrədə mürəkkəb vergi sistemi mövcuddur: vergilər 3 səviyyədə təyin edilir – federal, kanton (İsveçrə ərazi cəhətdən kantonlara bölünüb) vergisi və yerli bələdiyyə vergiləri.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bundan əlavə İsveçrədə çoxsaylı zəruri ödəniş növləri var. Gəlir, kapital artımı, əmlaka görə və ƏDV kimi ənənəvi vergilərlə yanaşı, tütün, pivə və digər məhsullara olan bir sıra vergilər də mövcuddur. Ümumi olaraq həmin vergilər əldə edilən gəlirlərin təxminən 20 faizini təşkil edir.

İsveçrənin rezidentləri bütün dünya üzrə gələn gəlirlərindən vergi ödəyirlər. Bununla yanaşı, İsveçrənin vergi rezidentləri olaraq İsveçrədə yaşayan və “uzun müddət burada qalmaq niyyətində olanlar” və ya “vergi rezidenti” meyarına uyğun gələnlər tanınır.

İsveçrədə daşınmaz əmlak alınarkən, mülkiyyət hüququ əldə etmək üçün (Le droit de mutation) kanton vergisi ödəmək lazım gəlir, hansı ki, bu verginin həcmi kantonların qanunvericiliyindən asılı olaraq əmlakın dəyərinin 0 faizdən 3,3 faizədək təşkil edə bilər.

Ölkədə daşınmaz əmlak alınarkən, həmçinin notarial xərclər də ödənilir ki, bu da əmlakın dəyərinin 0,5 faizini təşkil edir. Eyni zamanda, mülkiyytəçi hüquqü ilə bağlı reyestrdə edilən dəyişikliyə görə də 0,5 faiz ödəniş olunur.