01 oktyabr 2020 12:42
666

İtaliya Avropanın ürəyində saatlı bombadır?

İtaliya artan dövlət borcu ilə Avropanın mərkəzində “saatlı bombaya” çevrilib.

“İki sahil” Oxu.az-a istinadən xəbər verir ki, 2020-ci ildə koronavirus pandemiyası səbəbindən artan xərclər fonunda Avropanın üçüncü böyük iqtisadiyyatının dövlət borcu ÜDM-in 158 faizinə çatacaq.

Roma çoxmilyardlı ümumavropa iqtisadi xilasetmə planının əsas benefisiarlarından biri olsa da, yaxın gələcəkdə hətta Brüsselin köməyilə də maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkün olmayacaq.

Bildirilir ki, Aİ-nin dəstəyi ilə İtaliyadakı vəziyyətin sabitləşməsi yaxın onilliyin çox hissəsini alacaq. Bundan sonra da müsbət dinamikanın davam edəcəyi və İtaliyanın iqtisadi böyüməsinin səngiməyəcəyi barədə zəmanət verilmir.