06 dekabr 2019 21:06
897

İtaliya şirkəti TAPİ qaz boru kəmərinin inşasına dəstək olacaq

Türkmənistanın "Türkmengaz" dövlət şirkəti İtaliyanın “RINA” şirkəti ilə 13 milyon dollarlıq müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, “RINA” şirkəti Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz boru kəmərinin Türkmənistan tərəfinin 214 kilometrlik hissəsini və 2 qaz kompressor stansiyasının inşasında texniki məsləhət xidmətləri göstərəcək. Sənəd Milanda keçirilən Türkmənistan-İtaliya biznes forumunda imzalanıb.

Qeyd edək ki, 2010-cu ildə Türkmənistanda filialını açan “RINA” şirkəti ölkədə 30-dan çox layihənin həyata keçirilməsində iştirak edib.