06 iyun 2019 10:12
865

İtaliyalıların vətənə bağlılıq hissi güclüdür

İngiltərənin “Çelsi” futbol klubunun italiyalı baş məşqçisi Maurizio Sarri İngiltərədə bir il keçirdikdən sonra vətənə qayıtmaq imkanının olduğunu bildirib.
AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, baş məşqçi bu barədə yerli mətbuata açıqlamasında “biz italyanların vətənə bağlılıq hissi güclüdür” deyib.
Ötən mövsüm London klubuna Avropa Liqası kubokunu qazandıran 60 yaşlı italyan mütəxəssis “Napoli” azarkeşlərini sevdiyini və onların onun digər İtaliya klubuna keçidini anlayışla qarşılayacaqlarına əminliyini ifadə edib.