27 fevral 2020 10:58
1803

İtirilmiş krallığın izləri tapılıb - FOTO

Türkiyənin Konya şəhərinin Karahöyük kəndində bir fermer tərəfindən tapılan daş lövhə sayəsində itirilmiş Luvian krallığının izləri əldə edildi.

“İki sahil” xəbər verir ki, Türkiyənin Mədəniyyət Nazirliyinin icazəsi ilə reallaşdırılan Konya Bölgəsi Arxeoloji Araşdırma Layihəsi (KRASP) çərçivəsində, Luvian sivilizasiyasının izlərinə çatan arxeoloqlar dünya arxeologiya tarixində həyəcan yaradıblar. Eramızdan əvvəl 2000-ci və 1000-ci illərə aid xarabalıqların Luvian Krallığına aid olduğu bildirilsə də, 3 il əvvəl Konyadan 7 km cənubda başlayan yerüstü tədqiqatların davam etdiyi bildirildi. Bölgədəki bir fermerin suvarma kanalında təsadüfən tapdığı daş qalığından sonra başlayan tədqiqatlarda mühüm nəticələr tapılıb. Daş qalığı üzərindəki formaları araşdırarkən mütəxəssislər bu formaların Frigiya Kralı Midası məğlub edən Luvian kralı Hartapuya aid olduğunu müəyyənləşdiriblər.

Layihədə çalışan bir türk mütəxəssisi bölgədə ortaya çıxa biləcək oğurluq və xəzinənin talanması problemlərinə qarşı çox diqqətli olmağın lazım olduğunu ifadə edib. Araşdırmalar İngiltərə Arxeoloji İnstitutu, Oksford və Çukurova universitetləri ilə birgə aparılır. Çikaqo Universitetinin mütəxəssisləri layihəyə keçən il qatılıblar.

"İşıq adamı" mənasını verən Luvian Krallığının eramızdan əvvəl 2300-cü ilə 1400-cü illər arasında Konya Səlcuqların bir mərkəzi olduğu düşünülür.