14 avqust 2019 11:55
193

İvan Perişiç “Bavariya” klubuna keçib

İtaliyanın “İnter” və Xorvatiya milli komandasının futbolçusu İvan Perişiç Almaniyanın “Bavariya” klubuna keçib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi sonradan birdəfəlik alınması şərti ilə 2019-2020-ci illər mövsümünün sonunadək icarəyə götürülüb. Bu, Perişiçin Almaniyaya ikinci qayıdışıdır. Təcrübəli oyunçu 2015-ci ilin avqustunda “İnter”ə transfer olunmamışdan əvvəl “Borussiya Dortmund” və “Volfsburq”da çıxış edib.

Qeyd edək ki, İvan Perişiç Xorvatiya millisinin üzvü kimi martın 22-də Azərbaycan yığmasına qarşı AVRO-2020-nin seçmə oyununda sonadək meydanda olub.