Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 17-yə, yaralıların sayı isə 709-a çatıb.
"İki sahil" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.