Türkiyədə Azərbaycana qardaş dəstəyi davam edir. Bələdiyyələr, dövlət qurumları, ictimai təşkilatlar, özəl müəssisələr bu və ya digər formada ölkəmizə və xalqımıza qardaş sevgisini nümayiş etdirirlər. Ən böyük dəstək isə Azərbaycan bayrağına göstərilən ehtiramdır.
AZƏRTAC xəbər verir ki, İzmirin Əliağa rayonunun mərkəzində nəhəng Azərbaycan bayrağının asılması da bu cür dəstək aksiyalarından biridir. Yerli sakinlər bunu böyük məhəbbətlə qarşılayıblar. İndi üçrəngli bayrağımızın dalğalandığı ərazi rayonun ən cəlbedici məkanlarından birinə çevrilib.
YAP Masallı rayon təşkilatında 2026-cı ildə qarşıda duran vəzifələrə dair müşavirə keçirilib
Azərbaycanda əlverişsiz hava şəraiti yanvarın 22-dək davam edəcək - XƏBƏRDARLIQ