31 oktyabr 2020 18:43
801

Jalə Əliyeva: Cənab Prezident, hələ çoxlarına çox dərslər keçəcəksiniz

Cənab Prezident! Bu gün, 31 oktyabr tarixi bizim üçün, biz Azərbaycanlılar üçün əhəmiyyətli bir gündür. 2003-cü ildə, elə bu tarixdə Siz əlinizi ana qanunumuz olan Konstitusiyaya və müqəddəs kitabımız olan Quran-i Kərimə basaraq, xalqımız qarşısında and içdiniz: "Mən hər bir Azərbaycanlının Prezidenti olacağam!"dediniz. Və çox qısa bir müddət sonra bu sözlərinizin sadəcə bir vəd deyil, həqiqət olduğunu  sübut etdiniz, hər bir Azərbaycanlının Prezidenti olmaqdan ziyadə, həm də hər birimizə yaxşı Prezident olmağı bacardınız!

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

O əlavə edib ki, ətrafımızda, həyatımızda yaxşı nə varsa, hamısı məhz Prezident İlham Əliyevin əsəridir: “Əldə etdiyimiz bütün uğurlar məhz Sizin əməyinizdir! Ulu Öndər Heydər Əliyevin, "Mən ona özüm qədər inanıram. Bilirəm ki, mənim başladığım, lakin sona çatdıra bilmədiyim işləri o uğurla başa çatdıracaqdır", deyə, xalqına etdiyi müraciətin gerçəkliyini bu illər ərzində atdığınız bütün uğurlu addımlarla, həyata keçirtdiyiniz nəhəng fəaliyyətlə isbat etdiniz. Azərbaycanı məhz Heydər Əliyev ideallarının, Heydər Əliyev arzularının bərqərar olduğu, təşəkkül tapdığı bir ölkəyə çevirdiniz! Bu gün də onun ən böyük amalını - bütöv Azərbaycan amalını bizim üçün reallığa çevirirsiniz! İşğal altında qalan torpaqlarımızı mənfur düşməndən xilas edirsiniz! Tanrı Xilaskarlıq missiyasını məhz Sizə bəxş edib! Bu gün çox qürurluyuq! Bu gün çox iftixarlıyıq! Bu duyğuları bizlərə Siz yaşadırsınız! Düşmənə layiq olan cavabı verirsiniz! Bizi görmək, eşitmək istəməyənlərə dərs keçirsiniz! Hələ çoxlarına çox dərslər keçəcəksiniz! Hələ düşmənə çox cavablar verəcəksiniz! Hələ bizə çox qürurlar yaşadacaqsınız! Var olun, cənab Prezident! Allah Sizi, Ordumuzu, Xalqımızı qorusun!

#Bizbirlikdəgüclüyük

#QarabağAzərbaycandır

#KarabakhisAzerbaijan”