12 noyabr 2019 12:23
541

Kanalizasiya quyusuna düşərək öldülər

Bakı Şəhər Prokurorluğu paytaxtın Xətai rayonu, Ağ şəhər ərazisində iki nəfərin kanalizasiya quyusunda ölməsi ilə bağlı məlumat yayıb.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumatda bildirilir ki, noyabrın 11-i səhər saat 08 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazsində yerləşən "Ağ şəhər"də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər Prokurorluğuna tapşırılıb.