KÖŞƏ

Sevinc Azadi

“Kapitan QRANT”ın uşaqlarının yeni davası

15 mart 2019 10:51
333

Müxtəlif uydurma səbəblərlə Qərbə üz tutan müxalif düşüncəli mühacirlərin Azərbaycana - öz dövlətinə və xalqına qarşı sözün tam mənasında cəbhə açdıqları hər kəsə bəllidir. Həmin “cəbhə”də isə sivil siyasi mübarizə metodlarından deyil, orada qərarlaşan antimilli ünsürlərin öz tərbiyə və əxlaqlarına uyğun vasitələrdən istifadə edilir. Haqqında danışılan elementlər apardıqları bu kampaniya ilə bir daha göstərdilər ki, onlar üçün müqəddəs heç nə yoxdur. Təbii sual yaranır: o məxluqlarda öz Vətənlərinə qarşı bu qədər kin, nifrət haradandır? Orduxan, Teymurxan, Vidadi İsgəndərli və “söyüş lokomotivi”nin sükanı arxasına əyləşdirilmiş digərlərini çox qısa müddətdə öz dövlətlərinin düşməninə çevirən nədir? Azərbaycanın daxilində “söyüş mühacirəti” ilə açıq-gizli “bek-vokal” tandemi quran çevrələr nəyi hədəfləyiblər? Əslində, bu suallar ritorik xarakterlidir və cavabları məlumdur. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanın müstəqil siyasəti, dövlət başçısının ölkəmizə nəzarəti qlobal “oyunçu”lardan heç birinə verməməsi həmin mərkəzləri təsəvvür olunmayacaq dərəcədə hiddətləndirir. Nəticədə Qərbdə məskunlaşan mühacirlərdən ibarət “virtual qanqsterlər” anti-Azərbaycan kampaniyasına cəlb edilirlər.

Dağıdıcı müxalifətin uğursuz fəaliyyəti isə bu düşərgədə olanlar arasında aqressiyanın daha da artmasına səbəb olur. Nəticədə onlar arasında yaşanan ciddi qalmaqal dava, söyüş, ağır təhqirlər formasına qədər yüksəlir. Növbəti belə qalmaqal Orduxan, Teymurxan və Səid Nuri arasında yaşanıb. Belə ki, Orduxan, Teymurxan 19 mart mitinqi haqqında ağır sözlər işlətdiyi üçün bəzi müxalifətçilər onu hədəfə alıblar, o cümlədən Səid Nuri də Orduxan haqqında ağır sözlər işlədib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videodebatı izləyənlər də görüblər ki, Məhəmməd Mirzəlinin də qatıldığı bu videodebatda küçə mədəniyyətini təbliğ edən bu trio bir-biri haqqında necə aqressiv və kəskin ifadələr işlədirlər. Bu siyasətə aidiyyəti olmayan “siyasi mühacirlərin” 19 mart mitinqi davasında Orduxan aksiya haqqında lağ-lağılıq olması üçün deyir: “Bu, pendir mitinqidir”. Səid Nuri isə Orduxana cavab olaraq videodebatda bildirib: “Orduxan böyük zibil zaddır?!” Məhəmməd Mirzəlinin bütün bu olanlara reaksiyası maraq doğurub: “Xain və paxılsınız!”. Qısası, Orduxan Teymurxanın 19 mart mitinqi haqqında olan aşağılayıcı fikirləri, videoçıxışı Səid Nurini və Məhəmməd Mirzəlini sözün həqiqi mənasında özündən çıxarıb.

Açıqlamalar göstərir ki, özlərini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edənlər əslində, xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərərək onlara verilən sifarişləri yerinə yetirirlər. Onların əsas məqsədi daha çox qrant almaq və mənimsəməkdir. Xatırladaq ki, hələ ötən ilin noyabr ayında Avropada yaşayan siyasi mühacirlər - Məhəmməd Mirzəli və Tural Sadıqlı arasında Azərbaycan dövləti əleyhinə kampaniya aparmaq məqsədi ilə ayrılan qrantların düzgün bölüşdürülməməsi ilə bağlı əsl qarşıdurma yaşanmışdı. Elə həmin il mayın 9-da Helsinki Komissiyası tərəfindən ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən dinləmələrdə çıxış edən Emin Milli radikal müxalifət haqqında tənqidi fikirlər səsləndirmişdi. Emin Millinin radikal müxalifətin və onun satellit QHT-lərinin “haqqını” və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər “qrantyeyənlərin” ciddi qəzəbinə səbəb olmuşdu. Tərəflər arasında sosial şəbəkələrdə qrant uğrunda mübarizə də bundan sonra başlamışdı. Nəticədə onlar özləri-özlərini ifşa edib bir-birlərinin paxırlarını açdılar. Bununla da aldıqları qrant müqabilində Avropadakı, Qərbdəki ağalarının sifarişlərini yerinə yetirərək dövlətimiz, onun milli maraqları əleyhinə mübarizə apardıqlarını özləri bir daha isbat etmiş oldular.