11 avqust 2020 16:27
730

Karantin qaydalarına məhəl qoymayanlar cərimələndi

Sabirabadda tibbi maskadan istifadə etməyən şəxslər cərimələnib

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejim qaydalarına rayon ərazisində riayət edilməsi isiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

“İki sahil” xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları qapalı məkanlarda karantin qaydalarının tələblərinə riayət etməyənlərə qarşı reyd keçirib.

Reydlər zamanı maska və əlcəkdən istifadə etməyən satıcılar və müştərilərlə maarifləndirici səpkidə söhbətlər aparılıb. Onlara koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükələr barədə məlumat verilib, karantin qaydalarına riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda karantin qaydalarının tələblərinə məhəl qoymayaraq qaydaları pozmağa davam edən 5 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.