10 iyul 2020 17:18
892

Karantinin yumşaldılması vəziyyətin normallaşmasından asılıdır

Yay vaxtlarına görə karantinlə bağlı şikayətlər daxil olur.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, əsasən insanlar yay aylarında rayonlara getmək istəyir: "Bildirim ki, bütün epidemiyalarda ən birinci silah həmişə karantin olub. Əgər vəziyyət normallaşarsa, bu barədə hansısa qərar qəbul oluna bilər. Karantinin yumşaldılması vəziyyətin normallaşmasından asılıdır. Vətəndaşlar qaydalara əməl etsələr, bu sahədə nailiyyət əldə edə bilərik".