KÖŞƏ

Qvami Məhəbbətoğlu

Karaqanda hadisələrində Ermənistan barmağı

10 yanvar 2019 10:53
2693

Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində ermənilərdən ibarət mütəşəkkil dəstənin qazax millətinə mənsub olan 23 yaşlı bir nəfəri - Raxımjan Janseyti etnik zəmində öldürməsi, daha 3 nəfərə isə xəsarət yetirməsi bir daha göstərir ki, ermənilər öz tarixi “ənənələrindən” əl çəkmək niyyətində deyillər. Yəni ermənilərin düşüncəsində başqa millətlərə münasibətdə olan nifrət bu gün də özünü bu və ya digər formada göstərməkdədir. Bu mənada Qazaxıstanda həmin hadisənin təşviş və həyəcanla qarşılanması, yerli sakinlərin ayağa qalxması, erməni icmasının nümayəndələrinin ölkədən çıxarılmasını tələb etmələri təbiidir.

Ekspertlərin fikrincə, Qazaxıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı mövqeyi, daha doğrusu, bu quruma erməni Baş katibin ikinci müddətə seçilməsini dəstəkləməməsi burada yaşayan erməniləri qıcıqlandırıb. Bu mənada onların yeni münaqişə ocağı yaratmaqla bu ölkədən intiqam almaq fikrinə düşdükləri istisna olunmur. Yeri gəlmişkən, qeyd edək ki, erməni kriminal qrupun postsovet ölkələrində və Avropada törətdiyi cinayətlər haqqında mətbuatda mütəmadi olaraq məlumat verilir. Qazaxıstanda da erməni kriminal qruplaşmaların olduğu sirr deyil.

Bəzi ekspertlər isə geniş bir coğrafiyanı əhatə edən bu kimi cinayətlərin arxasında Qriqoryan kilsəsindən və ideoloji mərkəzlərdən körüklənən saxta “böyük Ermənistan” xülyasının, yəni insanları doğma yerlərindən didərgin salaraq onların torpaqlarına sahib çıxmaq niyyətlərinin dayandığını vurğulayırlar.

Siyasi elmlər doktoru, ekspert Hatəm Cabbarlı bu məsələ ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, hər dəfə olduğu kimi, ermənilər bu dəfə də sudan quru çıxmağa çalışırlar: “Erməni mətbuatında bu qətlin məişət zəminində törədildiyini, qazaxların bu məsələni böyütməkdə ittiham edilməsini, hətta qazaxların milli dəyərlərini tənqid edərək cinayətə haqq qazandırma təşəbbüslərini görə bilərik. Üstəlik, ermənilər qazaxları millətçilikdə ittiham edirlər. Belə ki, ermənilərə məxsus bir çox internet səhifələri sovet dövründə Qazaxıstanın birinci katibi olmuş Levon Mirzoyanın adını daşıyan küçənin adının dəyişdirilməsi məsələsinə toxunur. Bu, həmin Mirzoyandır ki, on minlərlə qazağın sürgün edilməsinə, güllələnməsinə imza atıb. Amma ermənilər Mirzoyanın qazaxlara mədəniyyət, elm bəxş etdiyini, “vəhşi köçərilərin” isə buna dəyər vermədiklərini qeyd edirlər. Erməni politoloqlar çox vaxt  hədlərini aşaraq türk xalqlarını “ikinci növ insanlar” da adlandırırlar. Halbuki Karaqanda hadisələrinə diqqətlə nəzər  yetirsək görərik ki, burada açıq şəkildə özlərini dünyaya “məzlum” kimi təqdim edən bu vəhşilərin barmağı var. Ermənistan mətbuatı isə bu kimi şərhlərlə etirazlara səbəb olan hadisəni gizlətməyə çalışır, heç nə olmamış görüntüsü yaratmağa çalışırlar. Başqa sözlə desək, ermənilər Sumqayıt hadisələrində olduğu kimi, Karaqanda hadisəsini də manipulyasiya edərək ictimai rəydə yanlış fikir formalaşdırmağa çalışırlar. Hətta erməni mətbuatında hadisəni əslində azərbaycanlıların törətdikləri barədə yazılara da rast gəlinir”.

Politoloq bildirdi ki, bütün bunlar azmış kimi  ermənilər Qazaxıstanda ikinci Eduard Qriqoryan yaratmaq istəyirlər, halbuki o, Sumqayıtda kütləvi iğtişaşı ilk başladan, 6 ermənini öldürən, amma çox az cəza ilə canını qurtaran cəlladdır: “Erməni mətbuatı Karaqandada baş verən hadisələrlə Sumqayıt hadisələri arasında çox uğursuz şəkildə paralellik aparmağa çalışır. Xatırlatmaq istərdim ki, Sumqayıt hadisəsində ilk qətl edilənlər azərbaycanlılar olublar. Karaqanda hadisəsində də qətlə yetirilən qazax gəncidir. Öldürən erməni, ölən azərbaycanlı və qazax olsa da, ermənilər bunu milli qırğının başlanğıcı kimi qələmə verirlər. Həmin hadisə ilə bağlı cinayət işi başlanıb: Kair Nadirbekov, Torqom Malsaxyan və Soxak Malsaxyan həbs edilib, Narek Quruyan isə axtarışa verilib. Son məlumata görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin məsul əməkdaşı onun Rusiyaya, yaxud Ermənistana sığındığını bildirib”.

Politoloq, həmçinin qeyd etdi ki, məsələni daha dərindən analiz edəndə erməni kriminal qruplaşmanın sakit durmayacağı qənaətinə gəlmək mümkündür. Digər tərəfdən də, baş verən olayda rəsmi İrəvanın dəst-xətti də aydın görünməkdədir.