08 avqust 2019 10:50
3374

Keçmiş hərbçidən Afaq Aslan haqda şok sözlər: “Sinəsini 50 minə...” –  FOTO

Müğənni Afaq Aslan sosial şəbəkədə estetik əməliyyatlarla bağlı barəsində yayılan məlumatlara aydınlıq gətirib.

"İki shail" Teleqraf.com-a istinadən xəbər verir ki, məşhur müğənni bu barədə İnstaqram hesabında yazıb.

Bu məlumatın həqiqəti əks etdirmədiyini deyən Afaq bildirib:

“Feysbukda hər yerindən duran bir səhifə açır, ucuz reytinq xətrinə ağzına gələni yazır. Təsəvvür edin ki, mənim haqda yalan məlumat yayan “Çayxana TV” adlı səhifənin admini keçmiş hərbçidir. Hələ məni şantaj edir, “mənim kim olduğumu bilmirsiniz”, deyir. Deyəsən, siz məni hələ yaxşı tanımırsınız, bir işarəm bəsdir.

Bundan başqa, “Azəri Kanal” da bilib-bilmədən video çarx hazırlayıb, reytinq xətrinə məlumatlar yazır. Siz və sizə sifarişlə bu xəbərləri yazdıranlar, sizinlə hələlik işim bitməyib. Ehtiyatlı olun ki, haqqımda bilib-bilmədən onun-bunun sifarişi ilə yazdığınız yazılar sonra öz başınıza bəla olmasın”.

Əlavə edək ki, sosial şəbəkədə Afaq Aslanın sinəsini dörd dəfə estetik əməliyyat etdirməsi haqda məlumat yayılıb.

“Müğənni Afaq Aslan sinəsini dörd dəfə əməliyyat etdirib, sinəsini bu formaya salmaq üçün ümumilikdə 50 min pul xərcləyib. Hər gün bahalı, xüsusi gellərdən istifadə edir. Bu insanın məqsədi nədir?”, - məlumatda qeyd edilib.