22 yanvar 2020 16:00
1303

Kiçik qızdan örnək – Təcavüzdən xilas oldu - VİDEO

Rusiyada kiçik qıza təcavüz etməyə cəhd edilib.

“İki sahil” xəbər verir ki, hadisə paytaxt Moskvada baş verib.

Məktəbdən çıxan qız izləndiyinin fərqində olub. O, binalardan birinə girərək lifti işə salıb, özü isə binada olan kiçik bacada gizlənib. Uşağı izləyən şəxs binaya daxil olaraq mərtəbələrdə qızı axtararkən kiçik qız həyətə qaçaraq bina sakinindən kömək istəyib.

Naməlum şəxs binanın önündə qızı başqasının yanında gördüyü zaman hadisə yerindən uzaqlaşıb.

Kiçik qızın zəkası ilə təcavüzdən xilas olmasının ardından hüquq mühafizə orqanlarına məlumat verilib. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları binanın təhlükəsizlik kamerasına baxaraq şübhəli şəxsin kimliyini müəyyənləşdirib. Şübhəli şəxs saxlanılıb.

Qızın şücaəti ölkədə rezonans doğurub.