16 may 2020 09:17
1598

Kilian Mbappe “Real”a keçməyəcək

"Pari Sen-Jermen”in hücumçusu Kilian Mbappe yay transfer pəncərəsində fransız klubunu tərk etməməyə qərar verib.

“Report” xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Məlumata görə, “Real”ın marağına baxmayaraq, fransız klubunun hücumçusu PSJ-də daha bir mövsüm qalmağa qərar verib. Qeyd edilir ki, buna əsas səbəb koronavirusa görə yaranmış maliyyə böhranıdır.

Bu halda, "Real" Mbappenin transferi ideyasından imtina etməyə hazırlaşmır və 2021-ci ildə oyunçu ilə saziş imzalamaq cəhdinə təşəbbüs edəcək.

Mbappe Fransa çempionatının cari mövsümündə 20 matç keçirib, 18 qol vurub və 5 məhsuldar ötürmə verib.

O, 1-ci Liqanın ikinci mövsümündə ardıcıl olaraq ən yaxşı bombardir kimi tanınıb. Mbappenin hesabında həmçinin Çempionlar Liqasının 7 matçında 5 qol var. Hücumçunun PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatır.