19 oktyabr 2020 11:27
1860

"Kim milyoner olmak ister?"də Dağlıq Qarabağla bağlı sual - VİDEO

Türkiyənin ATV kanalında yayımlanan "Kim milyoner olmak ister?" (Milyonçu) verilişində Azərbaycanla, xüsusən də Dağlıq Qarabağla bağlı sual səsləndirilib.

"İki sahil" bildirir ki, sualda Dağlıq Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi qeyd olunub. Həmin sualın verildiyi anın şəklini çəkən aktyor Kenan İmirzalıoğlu rəsmi Tvitter hesabında paylaşıb.

Qeyd edək ki, sözügedən verilişin aparıcısı olan Kenan İmirzalıoğlu son günlər azərbaycanlılarla bağlı bir neçə paylaşım edib, dəstəyini bildirib. Həmçinin, o, Tvitter profilinə Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağı emojisi də qoyub.