17 may 2019 10:32
1268

Kim nə qədər su içməlidir?

Su insan həyatı üçün əvəzsiz qidalanma elementidir. Suyun bədənin temperaturunu qoruması, dərinin qurumasının qarşısının alınması kimi funksiyaları olduğu kimi, orqanizmdəki tullantıların aradan qaldırılmasına da yardımçı olur. İnsan bədəninin ağırlığının təxminən 60 faizini təşkil edir.

Sağlam insan tərəfindən lazım olan gündəlik su miqdarı, insanın gündəlik fəaliyyəti, bədən çəkisi, iqlim xüsusiyyətləri, iş mühitinin temperaturu əsasında dəyişə bilər. Dünya Sağlamlıq Təşkilatının su ehtiyacı haqqında hazırladığı məlumata əsasən, isti iqlim bölgələrində yaşayan sağlam yetkinlərin gündəlik su ehtiyacı 2,7-3,7 litrə, isti bölgələrdə isə bu miqdar 4-6 litrə çatır. Buna görə də xüsusilə yay aylarında su istehlakına daha çox diqqət yetirilməlidir.

Suyu əvəzləyən şirələr az içilməlidir

İçməli su ən sağlam su mənbəyidir. Tərkibində kalori yoxdur, ucuzdur və ən asan əldə edilən resursdur. İçməli su ilə yanaşı, tərəvəz və yüksək su tərkibli meyvələri istehlak etmək faydalıdır. Süd, meyvə şirəsi və mineral su məhdud miqdarda istifadə edilə bilər.

Hipertoniya, diabet, böyrək, ürək xəstəliyi kimi davamlı müalicə tələb edən xəstəlikləri olan insanlar, maye istehlakı ilə əlaqədar həkimlərin tövsiyələrinə uyğun hərəkət etməlidirlər.

Su ehtiyacında rol oynayan amillər

Məşqlər: Xüsusilə 1 saatdan artıq davam edən intensiv məşqlərdə əlavə su və minerallar istehlak edilməlidir.

Ətraf mühitin temperaturu: həddindən artıq tərləməyə səbəb olan isti mühitlərdə su istehlakının artırılması susuzluğa mane olur.

Sağlamlıq problemləri: müxtəlif səbəblərdən yaranan qızdırma, ürəkbulanma, qaytarma və diareya kimi hallarda bədəndən itən suyun əvəzlənməsi üçün su istehlakını artırmaq çox vacibdir.

Hamiləlik və laktasiya: Hamiləlik dövründə gündə 2.5 litr və körpələrə ana südü verən zaman 3 litr su içmək məsləhət görülür.

Röya Rasimqızı, “İki sahil”