19 noyabr 2019 15:37
1019

Kirkorovdan MARAQLI AÇIQLAMA

Rusiyanın pop ulduzu Filip Kirkorov əhvalını korlayan detalları açıqlayıb.

Publika.az-ın xəbərinə görə, müğənni bildirib ki, yalnız sağlamlığı naminə sevmədiyi işlə məşğul olur:

"İdmana gedəcəyimi düşünmək belə əhvalımı korlayır. Məşqlərin başladığı anı heç sevmirəm. Məşqçim deyir ki, idmanı sevəcəm, onsuz yaşaya bilməyəcəm, amma fikirləşəndə ki, sabah məşqə getməliyəm bu, əhvalımı pozur.

Azərbaycanda məni kral kimi qəbul etdilər. Oradan qayıdanda pəhriz saxlamalı oldum. 5-ci gündür ki, ciddi pəhrizdəyəm və idmanla məşğul oluram".

Qeyd edək ki, rusiyalı ulduz 30-31 oktyabrda Bakı Konqres Mərkəzində solo konsertlə çıxış edib.