26 fevral 2020 14:37
1774

Kıvanç Tatlıtuğ klassik avtomobil alıb - FOTO

Avtomobil və motosiklet həvəskarı kimi tanınan Kıvanç Tatlıtuğ 1968-ci il “Chevrolet” markasının “Impala Fastback” klassik modelini qarajına əlavə edib. Aktyor yeni avtomobilinə 200 min türk lirəsi ödəyib.

“İki sahil” xəbər verir ki, Çanaqqalada həyat yoldaşı Başak Dizerlə evliliyinin dördüncü ilini qeyd edən K.Tatlıtuğ bildirib ki, vaxt tapanda təbiətə qaçan bir cütlükükük, buna görə də qaydaları pozmadıq: “Birlikdə çox gözəl illər yaşadıq. Neçə belə illərə.”

Yaz aylarında film üçün kamera qarşısına keçəcəyini deyən aktyor “rolunuz Sarı Saruhan kimi olacaqmı” sualına  “Mən oynadığım bir xarakteri təqlid etməməyə diqqət edirəm. Bu, mənim planıaşdırdığım bir şeydir. Ona görə də ssenarilərə baxanda diqqət edirəm. Həm də rəqəmsal platformada yayımlanacaq bir seriyalım da var.”

Tatlıtuğun avtomobil kolleksiyasını bilməyən yoxdur. İndiyə qədər bir çox avtomobilə sahib olan Tatlıtuğ zaman-zaman təbiətdə qalmaq üçün pikap karvanı ilə təbiətə üz tutur. Bu avtomobilində həm təbiətdə qala, həm də öz yeməklərini bişirə bilir.