11 oktyabr 2019 20:39
1366

Klopp Premyer Liqada ən yaxşı oldu

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Milli.Az xəbər verir ki, bu, "Liverpul"un baş məşqçisi Yurgen Kloppdur. Bu barədə Mersisayd klubunun rəsmi saytı məlumat verib. Alman mütəxəssisin rəhbərlik etdiyi "qırmızılar" sentyabr ayında çempionatda keçirdiyi hər 3 oyunda qələbə qazanıb.

Klopp, cari mövsümdə sözügedən mükafatı avqust ayında da qazanmışdı.