24 fevral 2020 10:21
1279

KOB İnkişaf Mərkəzində qazanılmış biliklər praktikada təcrübədən keçirilir 

Xaçmaz KOB Evində fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində startaplar və mikro sahibkarlar üçün növbəti təlim “Biznes planın hazırlanması” mövzusuna həsr olunub.

"İki sahil" xəbər verir ki, 4 gün davam edən təlimdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 30-a yaxın startap və mikro sahibkar iştirak edib.

Təlimdə iştirakçılara biznes planın hazırlanması, nağd pul axını, bazar araşdırması, marketinq, satış, alış və tədarük, gəlir və xərclər planının müəyyən edilməsi, biznesin hüquqi formaları və s. barədə ətraflı məlumat verilib, təlimçilər tərəfindən KOB-ları maraqlandıran suallar cavablandırılıb. Həmçinin, KOB-lara təlim çərçivəsində əldə etdikləri bilikləri praktiki tətbiq etmək imkanı yaradılıb.

KOB İnkişaf Mərkəzində keçirilən təlimləri uğurla başa vuran KOB-lara sertifikatlar təqdim edilib.