17 fevral 2020 10:32
1128

KOB-lar müştərilərlə iş sahəsində məlumatlandırılıb 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və menecerlər üçün “Effektiv satış texnikaları” mövzusunda növbəti təlim təşkil edib.

"İki sahil" xəbər verir ki, tədbirin keçirilməsində məqsəd sahibkar və menecerlərin satış və satıcı, müxtəlif satış texnikaları, satış təmsilçisinin xüsusiyyətləri, bu sahədə şikayətlərin idarə olunması və digər bu kimi mövzularda maarifləndirməkdir.

Təlimdə "AZAKA" Təlim-Tədris Mərkəzinin təlimçisi Asəf Zeynal fərq yaradaraq müştərinin rəqiblərə yönəlməsinin qarşısını almaq, müştərilərlə əlaqələri inkişaf etdirmək, müştəri dəyəri yaratmaq, yeni müştərilər tapmaq və s. mövzular üzrə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.