23 yanvar 2021 09:05
713

KOBİA əməkdaşlıq tədbirində təmsil olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan-Türkiyə əməkdaşlıq tədbirində təmsil olunub.

KOBİA-dan "İki sahil"ə bildirilib ki, Türk Girişim və İş Dünyası Konfederasiyasının (TÜRKONFED) təşkil etdiyi Azərbaycan-Türkiyə əməkdaşlıq tədbiri hər iki ölkənin sahibkarlıq sahəsində fəaliyyət göstərən təşkilatlarını və iş adamlarını eyni platformada birləşdirib.

KOBİA idarə heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti, ölkəmizdə KOB sektoru, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlıq, işğaldan azad olunmuş Azərbaycan ərazilərinin iqtisadi potensialı və investisiya qoyuluşu imkanları barədə məlumat verib.