22 noyabr 2019 15:58
1331

Kökəlmək üçün görün nə etdi - Bir BOŞQAB... - FOTO

Türkiyəli aktrisa və model Dilan Çiçək Dəniz kökəlmək üçün makaron yeməyə başlayıb.

Publika.az xəbər verir ki, hədsiz arıqlığı ilə daim müzakirə edilən Dilan ötən gün dostu Hazar Ergüçlü ilə restoranların birində görüntülənib.

"Miss Turkey" 2014-ün ikincisi, 24 yaşlı aktrisanın bir boşqab makaron yediyi diqqətdən qaçmayıb.

Dilan blumiya iddialarını rədd edərək: "Özümü yaxşı hiss edirəm. Amma bir neçə kiloqram çəki alsam, məncə daha yaxşı olar" deyib.

Qeyd edək ki, aktrisa bəzi qidalara qarşı allergiyasının olduğunu demişdi.