12 noyabr 2019 11:13
692

Komanda yoldaşı ilə dalaşan tanınmış futbolçu İngiltərə millisindən qovulub

İngiltərə millisinin futbolçusu Rahim Sterlinq AVRO-2020-nin seçmə mərhələsində Montoneqro və Kosovo ilə oyunlar üçün heyətdən kənarlaşdırılıb.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, buna səbər 25 yaşlı hücumçunun komanda yoldaşı Co Qomeslə dalaşmasıdır. “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasının sonuncu turunda “Liverpul”a səfərdə 1:3 hesabı ilə uduzduqları görüşdə 22 yaşı müdafiəçi ilə mübahisə edən Sterlinq bunu yığmanın düşərgəsində də davam etdirib.

O, əlbəyaxa olduğu Qomesin boğazından tutub. Nəticədə baş məşqçi Qaret Sautqeyt Sterlinqi yığmadan kənarlaşdırıb.

Qeyd edək ki, İngiltərə millisi noybarın 14-də Montoneqronu qəbul edəcəyi halda, 3 gün sonra Kosovonun qonağı olacaq.