21 iyun 2019 17:38
1033

Kondisioner idxalı kəskin artıb

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana kondisioner idxalı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2 dəfə - 43,901 min ədədə qədər artıb. 

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 

Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri 10 milyon 657,5 min ABŞ dolları məbləğində (artım 1,7 dəfə) olub.

Yanvar-apreldə Azərbaycana 23 milyon 875,5 min dollar dəyərində (artım 25,6 faiz) 158,6 min ədəd (artım 47,8 faiz) hesablama maşını, blok və qurğusu idxal olunub.

Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 7,7 faiz - 56 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri 11 milyon 393 min dollar (artım 12,6 faiz) təşkil edib. (interfaks)