24 sentyabr 2020 21:59
799

Koronavirus mənə meydan oxumağa cəsarət etdi

“Milan”ın hücumçusu Zlatan İbrahimoviçin koronavirusa yoluxduğu təsdiqlənib.

“İki sahil” "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

39 yaşlı təcrübəli futbolçudan götürülən sonuncu test müsbət nəticələnib. Bu üzdən də isveçli forvard karantinə alınıb. 

İbrahimoviç koronavirusa yoluxması ilə bağlı fikirlərini bölüşüb. “Twitter” hesabında paylaşım edən 38 yaşlı forvard xəstəliyi simptomsuz keçirdiyini bildirib: “Dünənki testin nəticəsi mənfi, bugünkü isə müsbət oldu. Heç bir narahatlığım yoxdur. Koronavirus mənə meydan oxumağa cəsarət etdi. Məncə, pis ideyadır”.