28 may 2020 20:53
1011

Koronavirusa daha 191 yoluxma faktı qeydə alınıb, 125 nəfər sağalıb

Azərbaycanda koronavirusa daha 191 yoluxma faktı qeydə alınıb, 125 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 191 yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954-cü və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280.663 test aparılıb.