10 iyul 2020 15:11
843

Koronavirusa görə əyləncə mərkəzinə basqın - FOTO

Türkiyənin Konya şəhərində polis orqanları tərəfindən əyləncə mərkəzinə edilən basqında, maska ​​və sosial məsafə qaydalarına əməl etmədikləri səbəbiylə qadınlar da daxil olmaqla 45 nəfərə 141 min 750 TL inzibati pul cəzası tətbiq edilib. İş sahibi barəsində isə məhkəmə prosesi başlanılıb.

"İki sahil" xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin koronavirus tədbirləri çərçivəsində mart ayında bağlanmaq qərarı verilən əyləncə mərkəzləri, gecə klubları, barlar kimi tütün məhsullarının tez-tez istifadə olunduğu yerlər normallaşma müddətində də bir müddət qapalı vəziyyətdə saxlanılır.

Səlcuqlu qəsəbə polis orqanlarına Musalla Bağları məhəlləsində bir əyləncə mərkəzinin açıldığı barədə məlumat daxil olduqdan sonra polis basqın edib. Polin basqın zamanı əyləncə məkanında maska ​​və sosial məsafə qaydalarının pozulduğunu aşkarlayıb. Polis maska ​​və sosial məsafə qaydalarına əməl etmədiklərinə görə qadınlar da daxil olmaqla 45 nəfəri cərimələyib. Qərarı pozduğuqlarına görə, cəmi 141 min 750 lirə inzibati pul cəzası tətbiq edilib.
Məkan sahibinə isə məhkəmə işinin başladıldığı bildirilib.

Qeyd edək ki, yol polisi şöbəsinin əməkdaşları tərəfindən axşam saatlarında şəhərin fərqli nöqtələrində avtomobillərdə də maska ​​və ictimai məsafə qaydalarına əməl olub-olmadığını yoxlanılıb.