19 yanvar 2021 11:01
727

Koronavirusu bloklayan daha bir bitki aşkar edilib

Yovşan ekstraktı koronavirus replikasiyasını maneə törədir. Belə ki, Nyu-Yorkun Kolumbiya Universitetinin, Vaşinqton Universitetinin və Vuster Politexnik İnstitutunun tədqiqatçıları tərəfindən aparılan laboratoriya sınaqları bunu sübut edib.

“İki sahil” “smotrim.ru” saytına istinadən xəbər verir ki, 30 ildən çox yovşanın müalicəvi xüsusiyyətlərini öyrənən tədqiqatçılar, SARS-CoV-2 virusuna qarşı bu bitkinin yeddi növünün ekstraktı ilə göstərilən nəticələrə heyran qalıblar.

Bitkinin tərkibində məhz hansı komponentin koronavirus əleyhinə təsir göstərdiyi hələlik müəyyən edilməyib. İlk əvvəl, bunun Afrika ölkələrində malyariya əleyhinə istifadə olunan artemizinin olduğu düşünülsə də, sonradan tədqiqatçılar  digər maddənin və ya artemizinin ilə başqa bir maddənin birləşməsi olduğu qənaətinə gəliblər.

Onlar araşdırıblar ki, hansı maddədirsə də, birillik yovşanın bütün növlərinin tərkibində var və otaq temperaturunda, quru şəraitdə normal şəkildə saxlanıla bilir.

Tədqiqatın müəllifləri kliniki sınaqların aparılmasını planlaşdırır və nəticələrə böyük ümidlər bəsləyirlər. Sınaqlar uğurla nəticələnərsə, yovşan ekstraktından yeni növ koronavirusa qarşı bahalı olmayan preparat hazırlana bilər. Amerikalı ekspertlər hesab edirlər ki, preparat vaksini almağa gücü çatmayan Afrika ölkələri və ya genişmiqyaslı vaksinasiyanın təşkilinin mümkünsüz olduğu bəzi regionlarda işə yarayacaq.