Cəsarət Hüseynzadə: Elektron hökümət sistemi nə qədər geniş sahəni əhatə edərsə, korrupsiya hallarının yaranması da o qədər azalar
“Azərbaycanda korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Qəbul edilən qərarlar da korrupsiya ilə mübarizənin sistemli xarakter daşıdığını göstərir. Hazırda ölkəmizdə həyata keçirilən islahatlar uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılmasında mühüm rol oynayır . Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritetini təşkil edir. Bu bəla, demək olar ki, müasir dünyada bir çox dövlətlərin daxili probleminə çevrilməklə yanaşı, həm də beynəlxalq səviyyədə kabusa çevrilib. Bu sosial bəlanın tarixi çox qədimdir. Bu gün qətiyyətlə demək olar ki, korrupsiya və rüşvətxorluqdan tam azad olan ölkə yoxdur. Korrupsiya, demək olar ki, dünyada bütün sahələrin fəaliyyətinə sirayət edir”.
Bu fikirləri “İki sahil”ə açıqlamasında “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlara, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq, 2020-ci ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib: “Yeni tərkibli iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib, yeni iş planı tərtib olunub. Qeyd edə bilərik ki, artıq hökümət korrupsiyanın aradan qaldırılması üçün xüsusi formada fəaliyyət göstərəmək niyyətindədir. Xüsusən qeyd olunur ki, ictimai nəzarətin gücləndirilməısi məsələsi ortaya qoyulur. Bu, çox vacib məsələdir. İctimai nəzarət həyata keçirməklə korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə problemlərin müəyyən olunması əsas hədəf götürülür. Eyni zamanda, maarifləndirmə işi həyata keçirilməlidir ki, ictimai nəzarətlə bərabər vətəndaşlar öz hüquqularını bilsin, korrupsiya hallarına şərait yaradan amillər və qanunvericilikdə olan müəyyən boşluqlar da aradan aldırılsın”.
C.Hüseynzadə qeyd edib ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətində mətbutada gedən məlumatdan aydın oldu ki, yeni təşəbbüslərin dəstəklənməsi də xüsusi önəm daşıyır: “Hesab edirəm ki, bu istiqamətdə xüsusi təkliflər QHT-lər tərəfindən hazırlanaraq təqdim olunmalıdır. Korrupsiyanın qarşısının alınnmasında əsas vasitələrdən biri də elektron hökümət xidmətlərinin artırılması, daha da inkişaf etdirilməsidir. Elektron hökümət sistemi nə qədər geniş sahəni əhatə edərsə, korrupsiya hallarının yaranması da o qədər azalar.
Cəsarət Hüseynzadə vurğulayıb ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yeni tərkibdə keçirilən iclasında korrupsiyaya qarşı mübarizə sahəsində bu günədək görülən işlər nəzərdən keçirilib: “Növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə həyata keçirilən islahatlar kursuna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olunub, Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verilib. Milli Fəaliyyət Planı müxtəlif dövlət qurumlarında korrupsiya hallarının aradan qaldırılması istiqamətində qoyulan hədəflərə çatmaq üçün xüsusi rola malikdir”.
Nigar Orucova, “İki sahil”