21 iyun 2019 21:26
581

Krallığın ən prestijli mərasimində moda nümayişi

İngiltərə tarixində ən prestijli tədbirlərdən biri olan ənənəvi “Royal Ascot” yarışlarının növbəti günü həqiqətən xüsusi və ən orijinal dəbli obrazlarla zəngindir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ledilər Günündə zədəgan ailənin xanımları əsl dəb yarışı elan edir.

Çoxçeşidli şlyapaların nümayişə çıxdığı bu gün üçün xanımlar əvvəlcədən hazırlanır və bütün diqqəti qaçışın nəticələrindən yayındırmaq üçün mürəkkəb obrazların hər xırda detalına qədər düşünürlər. Obrazların əsas tamamlayıcısı rolunda müxtəlif rəngli, bər-bəzəkli şlyapalar çıxış edir.