10 avqust 2020 17:19
1184

Kriştiano Ronaldo “Yuventus”dan ayrıla bilər

İtaliyanın “Yuventus” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo Fransanın “Paris Sen-Jemen” klubuna keçə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, portuqaliyalı futbolçunun agenti Corc Mendeş “parislilər”in idman direktoru Leonardo ilə danışıqlar aparıb.

Xatırladaq ki, Maurisio Sarri ötən gün “ağ-qaralar”ın baş məşqçisi postundan uzaqlaşdırılıb. Onun yerini “Yuventus”un sabiq futbolçusu Andrea Pirlo tutub.