01 iyul 2020 11:55
3927

Kristiano Ronaldo və Georgina Rodriguezin tətil keyfi - FOTO

İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kristiano Ronaldo model sevgilisi Georgina Rodriguezlə İtaliyanın sevgi şəhəri olan Portofinoda yaxta tətilinə çıxıb.

“İki sahil” xəbər verir ki, bir müddətdir xoşbəxt bərabərliklərini davam etdirən futbolçu Kristiano Ronaldo və model sevgilisi Georgina Rodriguez yaxtada tətilin dadını çıxarırlar.

Cütlük istirahətdə İtaliyanın məşhur şəhəri olan və illərin yaddaşında qalmış “Sevgimi Portofinoda tapdım” mahnısının ithaf olunduğu Portfinoya üstünlük verib.

Cütlüyün övladları onlarla birlikdə görünməsə də, bir qrup insan onları müşayiət edib. Bütün gün dənizdə üzən və günəşlənən qrup yaxtanın göyərtəsində yemək də yeyib.

Qeyd edək ki, Ronaldonun sevgilisi Georgina Rodriguezin çimərlik geyimi üzərindən müxtəlif ətəkli taltarlar geyinərək üzmədiyi  də görülüb.

Georginanın “İnstagram” hesabında barmağındakı nəhəng üzüyü paylaşması evlilik şayiələrinin başlanmasına səbəb olub.

Cütlüyün xoşbəxt münasibətlərindən bir qız övladı da dünyaya gəlib. Georgina həm də Ronaldonun digər övladlarına da analıq edir.