24 sentyabr 2019 12:22
651

Kruz: "Qarabağ"la APOEL eyni səviyyədədir

Belçika "Virton"unun futbolçusu Stelvio Kruz sabiq klubu "Düdelanj"ın Avropa Liqasının qrup mərhələsində yer aldığı qrupu dəyərləndirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Lüksemburq təmsilçisininin "Sevilya, APOEL və "Qarabağ"ın yer aldığı qrupda  ikinci yeri tuta biləcəyini deyib:
 
"Düdelanj"da olan 6 futbolçu ilə danışıram. Orada işlər davam edir. Lüksemburq futbolunda keyfiyyət artır. APOEL üzərində  4:3 hesablı qələbə inanılmaz oldu. "Sevilya" qrupu böyük ehtimalla 1-ci pillədə başa vuracaq. Onlar əsas favoritdir. "Düdelanj" isə ikinciliyə inanmalıdır. "Qarabağ"la APOEL eyni səviyyədədir".