22 avqust 2019 14:07
759

Küçələrin işıqlandırılması “Azərişıq” ASC-nin səlahiyyətində deyil

Küçələrin işıqlandırılması “Azərişıq” ASC-nin səlahiyyətində deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə son zamanlar gecə vaxtı bəzi küçələrin işıqlandırılmaması və mərkəzi yolları işıqlandıran dayaqlarda lampaların gündüzlər söndürülməməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı qurumun açıqlamasında deyilir.

“Azərişıq” ASC-nin əsas missiyası istehlakçıları dayanıqlı, keyfiyyətli və təhlükəsiz elektrik enerjisi ilə təchiz etməkdir. Küçə İşıqlandırılması İdarəsinin elektrik enerjisinə olan tələbatı tam ödənilir”, - deyə açıqlamada bildirilib.