16 yanvar 2019 21:14
1302

Külək Gürcüstanda ciddi fəsadlar törədib

Qasırğa ilə müşayiət olunan güclü külək Gürcüstanda ciddi fəsadlar törədib.

Batumidə qasırğa yaşayış binalarının damlarını, ictimai nəqliyyatın dayanacaqlarını dağıdıb. Kökündən qopmuş ağaclar evlərə, ictimai iaşə obyektlərinə və avtomobillərə ciddi ziyan vurub.

İki nəfər güclü külək səbəbindən evlərinin pəncərəsindən yıxılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Polis təhlükə sovuşana qədər şəhər daxilində bəzi yolları bağlayıb.

Qara dənizdə 5 ballıq qasırğa barədə xəbərdarlıq edilib.

Dəniz sahillərində qırmızı fənərlər yandırılıb.

Əlverişsiz hava şəraiti Gürcüstanın Kvemo Kartli bölgəsində də ciddi problemlər yaradıb.

Dmanisi rayonunda 5 yaşayış evinin damı uçub. İctimai iaşə obyektlərinə də ciddi ziyan dəyib.

Gürcüstanın fövqəladə hallar xidmətinə dağıntılarla bağlı 40-dan çox müraciət daxil olub.