23 yanvar 2021 08:14
1008

Külli miqdarda heroin aşkarlanaraq götürülüb

Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

"İki sahil"in məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda “Marojna Elxan” ləqəbi ilə tanınan 1975-ci il təvəllüdlü şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Əlimusa oğlu Eminov saxlanılıb.

Belə ki, о, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz yolla külli miqdarda, təmiz çəkisi 2287 qram olan və kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edib, üstündə, yaşadığı evdə və idarə etdiyi avtomobildə saxlayaraq daşıyıb. O, 2021-ci il yanvarın 21-də RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xırdapay kəndi ərazisində saxlanılaraq şöbəyə gətirilib. Axtarış zamanı əynində olan gödəkçənin cibindən 1 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,113 qram heroin aşkar edilərək götürülüb. İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı ünvanda özünün razılığı ilə keçirilmiş baxış zamanı yataq otağındakı suvenirin içərisində 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 1,120 qram olan heroin aşkar edilib. Həmçinin öz razılığı ilə idarə etdiyi VAZ-21144 markalı 99-UL-562 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin “qoltuqaltı” adlanan saxlanc yerində 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 1,054 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb və araşdırmalar davam edir.