26 noyabr 2020 14:15
1047

Laçını tərk edən ermənilərin vandallığı FOTO

Dekabrın 1-də Azərbaycana təhvil veriləcək Laçın rayonunun sakinləri artıq ərazini tərk etməyə başlayıblar.

"İk sahil" xəbər verir ki, “RİA Novosti”nin bununla bağlı təqdim etdiyi kadrlarda erməni vandallarının evləri boşaldarkən hətta qapı-pəncərəni də sökərək maşınlara yığdıqları, özləri ilə apara bilmədiklərinə isə od vurub yandırdıqları görünür.

Qeyd edək ki, erməni barbarları Kəlbəcəri təhvil verən zaman da yanğınlar törədiblər.