08 iyul 2020 14:01
991

“Latiso”nun futbolçusu rəqibini dişləyib 

“Latsio”nun futbolçusu Patrik Qabarron İtaliya A Seriyasının 31-ci turunda”Leççe” ilə görüşdə rəqibini dişləyib.

“İki sahil” “qol.az”a istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi  matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə cərimə zərbəsi zamanı rəqib futbolçusu Culio Donati ilə mübahisə edib. Onlar mövqe seçmək uğrunda mübarizə aparan zaman Qabarron rəqibinin qolundan dişləyib. Görüşün baş hakimi futbolçunu qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, oyun “Leççe”nin 2:1 hesablı qələbəs ilə başa çatıb.