15 iyun 2019 21:00
965

Latviya BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən plenar iclasında Latviyanın 2020-2022-ci illər üçün İqtisadi və Sosial Şuranın (ECOSOC) üzvü seçilməsi barədə qərar qəbul olunub.

AZƏRTAC xəbər verir ki, iclasda Latviyanın lehinə 179 səs verilib. ECOSOC-un üzvü kimi, Latviya mühüm beynəlxalq məsələlər - davamlı inkişaf, iqtisadi əməkdaşlıq və iqlim dəyişikliyi, meşə sektorunun möhkəmləndirilməsi ilə bağlı qərarların qəbulunda iştirak edəcək.

ECOSOC BMT-nin iqtisadiyyat, sosial məsələlər, mədəniyyət, təhsil, səhiyyə, ətraf mühit və davamlı inkişafın təşviqi ilə bağlı beynəlxalq əməkdaşlıqdan məsul olan əsas strukturlarından biridir.