11 dekabr 2019 17:33
768

Lavrovdan kritik Türkiyə açlıqlaması

“İdlib terror yuvasına çevrilib. Türkiyə üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, terrorçularla müxalifləri ayırd edə bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiyanın baş diplomatı Türkiyənin bölgədəki fəaliyyətindən təəssüfləndiyini bildirib: “Təəssüf ki, türk həmkarlarımız silahlı müxalifləri Əl-Nüsra terrorçularından ayırd edə bilmir, bu yöndə olan öhdəliklərini yerinə yetirmir.

Bunun çətin iş olduğunu anlayıram, amma vaxtilə Barak Obama hökumətinin dialoqa hazır olduğu Əl-Nüsra terrorçularını müxaliflərdən ayırd edəcəyi deyilmişdi. Amma Obama hökuməti bunu etmədi”.

Lavrov vədləri yerinə yetirmədiyi üçün, Vaşinqtonun Əl-Nüsra ilə gizli münasibət qurmasından şübhələndiklərini söyləyib:

“Əlbəttə, Əl-Nüsra Suriyanın legitim Bəşər Əsəd hakimiyyətinə qarşı istifadə etmək üçün qorunur”.