22 yanvar 2020 10:53
794

Lələli kəndində 5 otaqlı ev yanıb

Qax rayonunun Lələli kəndində ümumi sahəsi 176 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

“İki sahil” FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.