28 fevral 2020 19:03
1926

Litva Avropa Plastik Paktı təşəbbüsünə qoşulur

Plastik tullantılarla ekologiyanın çirklənməsi problemini tez bir zamanda həll etmək və birdəfəlik plastik məmulatlardın istifadəsini azaltmaq üçün Litva Avropa Plastik Paktı təşəbbüsünə qoşulacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Litva mətbuatı məlumat yayıb.

“Ətraf Mühit Nazirliyi bu təşəbbüsü müsbət qiymətləndirir və hökumət səviyyəsində qoşulmağı təklif edir, çünki paktın məqsədlərini həyata keçirərkən Litvaya Avropa İttifaqının iqtisadiyyatının digər hüquqi aktlarında nəzərdə tutulmuş məqsədlərə çatmaq daha asan olacaq”, – deyə ətraf mühit naziri Kyastutis Majeyka Nazirlər Kabinetinin iclasında söyləyib.

Qeyd edək ki, Fransa və Niderlandın təşəbbüsü ilə hazırlanan bu paktın məqsədi plastik məmulatlardan məsuliyyətli istifadəni, onun toplanmasını, çeşidlənməsini, təkrar istifadəsini, emalını və s. təşviq etməkdir.