24 iyun 2019 20:29
912

Litvada səkkiz Britaniya hərbçisi həbs olunub

Böyük Britaniyadan olan səkkiz hərbçi Litvanın dəniz kurortlarının birində sərxoş halda xuliqanlıq etdiklərinə görə həbs olunub.

AZƏRTAC xəbər verir ki, həbs olunanların yaşı 20-dən çox deyil. Onların hansı polka aid olduqları barədə məlumat verilmir. Hazırda yerli polis hadisəni araşdırır. Litvanın Müdafiə Nazirliyi də məsələni ciddi nəzarətdə saxlayır.

Böyük Britaniya tərəfi hadisədən ciddi narahatlğını ifadə edib. Araşdırma davam etdiyi üçün təfərrüatlar açıqlanmır.