10 avqust 2020 13:38
922

Livan hökumətinin ikinci naziri də istefa verib

Livanın Ətraf Mühit və Administrativ İnkişaf naziri Damianos Kattar avqustun 9-da postunu tərk edib.

AZƏRTAC bu barədə “Lebanon 24” telekanalına istinadla xəbər verir.

“Sistemin mexanizmləri çoxdan köhnəlib, məhsuldarlığını itirib və çox imkanları əldən buraxıb. Mən partlayış nəticəsində həlak olanların və itkin düşənlərin ailələrinə, həmçinin xəsarət alanlara həmrəylik nümayiş etdirərək öz postumu tərk edirəm”, - deyə nazir istefasının səbəbini izah edib.

Qeyd edək ki, Damianos Kattar son günlər öz postunu tərk edən ikinci nazirdir. Bir müddət öncə avqustun 9-da Livanın İnformasiya naziri Manal Əbdül Səməd də istefaya getdiyini bəyan etmişdi. O, qərarını Beyrut limanında baş verən partlayışla əlaqələndirmişdi.

Onların ardınca ölkənin İqtisadiyyat və Ətraf Mühit nazirləri də istefa vermək niyyətində olduqlarını elan ediblər. Bundan sonra Livanın hökumət başçısı Həsən Diab yaranan vəziyyətin müzakirəsi üçün kabinetin təcili iclasını çağırıb.